RU

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. 

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.

Qərarın qəbul edilməsindən sonra Azərbaycanda Türkiyədən gətirilən və orada istehsal olunan məhsulların ucuzlaşacağı barədə müzakirələr aparılır.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı Pərviz Heydərovun sözlərinə görə, ikiqat verginin Türkiyə ilə Azərbaycan arasında aradan qaldırılması iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin daha da inkişaf etməsində təkan rolunu oynayacaq:

"Türkiyə Azərbaycanın xarici ticarət əlaqələri saxladığı ölkələr arasında ən ön sırada duran ölkələrdən biridir. Bizim qeyri-neft ixracımız sahəsində ən böyük bazar Rusiyadırsa, digər ölkə Türkiyə hesab olunur. Bundan əlavə bizim enerji resurslarımızın da ixracında Türkiyə mühüm bazar rolunda çıxış  edir. Bu mənada qarşılıqlı ticarət əlaqələrində  ikiqat verginin aradan qaldırılması bu imkanları potensialı daha da artıracaq.  Həm Azərbaycandan Türkiyəyə ixracı genişləndirəcək, həm də Türkiyədən Azərbaycana olan idxalı yüksəldəcək. İki ölkə arasında qarşılıqlı dövlətlər arasında razılaşmaya əsasən, ticarət dövriyyəsi yaxın müddətdə 15 milyon manata çatdırma niyyəti mövcuddur. Hazırda bu göstərici  8 milyar ABŞ dolları həcmindədir. 7 milyard ABŞ  dolları həcmində də artım baş tutarsa, bu həmin 15 milyarlıq hədəfə çatması demək olacaq. Bu yöndə də hər iki tərəf ciddi səylər nümayiş etdirir. Bu baxımdan ikiqat verginin aradan götürülməsi daha bir addım kimi qiymətləndirilməklə yanaşı, gələcək üçün də yeni perspektivlər ortaya qoyulması deməkdir".

Pərviz Heydərov son vaxtlar  türk lirəsinin əhəmiyyətli dərəcədə ucuzlaşmaqda olduğunu vurğulayıb:

"Onlayn alışveriş sahəsində də bizim ticarət əlaqələrimiz getdikcə genişlənməkdədir. Gələcəkdə ikiqat verginin aradan götürülməsi ilə ölkəyə idxal olunan türk məhsullarının daha da uczlaşacağı real göründüyündən hesab edirəm ki, bu Azərbaycanın daxili bazarında rəqabət şəraitinin  də inkişaf etməsinə şərait yaradacaq. Ancaq bir məqamı da qeyd edim ki, ikiqat verginin aradan götürülməsi ilə türk məhsullarının Türkiyə istehsalına aid malların Azərbaycan daxili bazarda kəskin ucuzlaşacağını da iddia etmək hələ tezdir. 

Online alışverişdə türk lirəsinin ucuzlaşması fonnunda istənilən səviyyədə ucuzlaşmasını biz hələ ki, müşahidə etməmişik, etmirik də... İkiqat verginin aradan götürülməsi ilə kəskin ucuzlaşmanın ortaya çıxacağını gözləmək tezdir". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
2
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19476
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13289
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10511
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5054
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5012
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3718
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3455
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2896
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2598
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2246
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1705
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1087
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1037
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
981
Arda dubl etdi - VİDEO
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
834