RU

"İnstaqram"da tanış olduğu sevgilisini elə bir səbəbdən öldürdü ki...

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib.

Milli.Az Baku.TV-yə istinadən xəbər verir ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi.

Ayan işdən sonra Tahirlə restoranda görüşür. Tahir Ayana qarşı hisslərinin ciddi olduğunu deyir. Elə Ayanın da Tahiri bəyənməsi aralarında sevgi macərasının başlanğıcına səbəb olur.

Bu görüşdən sonra Ayan axşam Tahiri evinə dəvət edir və onlar intim münasibətdə olurlar.

Növbəti günün səhəri Tahir işinə, yəni avtoservisə gedir. O, işlədiyi bu emalatxanada Ayandan gizlətdiyi gündəlik həyatını yaşayırdı. Ayan istirahət günü olduğu üçün işə getmədi, Tahiri səbirsizliklə gözləyirdi. Tahir işdə boş vaxt tapan kimi ona sevgi mesajları yazırdı.

Həmin axşam Tahir yenidən Ayangilə gedir. Ofis işindən çox yorulduğunu və kompüterdə müəyyən proqramlar yazdığını deyir. Ayan isə onun yalanlarına inanır, ona getdikcə daha çox bağlanır.

Onlar bir neçə həftə idi ki, birlikdə yaşayırdılar. Bir gün Tahir Ayanın çarpayısının altında pul görür. O, pulun nə üçün olduğunu soruşduqda Ayan "Maşın almağa pul yığıram" cavabını verir və dərhal pulu onun əlindən alıb geri qoyur. Beləliklə, bu pul Tahirin beynində başqa qığılcımlar oyadır.

Ertəsi gün işdə Tahir yalnız bu pul haqqında düşünür, Ayanın pulu öz zəhməti ilə yığdığını dərk etsə də, bu fikir ona rahatlıq vermir. Nahar vaxtı iş yoldaşı ilə söhbət edərkən "Kasıb yaşamaqdan bezmişəm" deyir. Həmkarı isə "Varlanmaq üçün risk etmək lazımdır" deyir və bu sözlər Tahiri Ayanın yığdığı pullar barədə yenidən düşünməyə vadar edir.

Gecə yarısı onlar şəhərin gecə klublarından birinə gəlirlər, içki içib rəqs edirlər. Daha sonra evə qayıdırlar. Tahir əvvəldən planlaşdırdığı kimi naqillə Ayanı boğaraq qətlə yetirir və onun maşın almaq üçün yığdığı pulu oğurlayaraq evdən qaçır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
185
13
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13252
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10414
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8914
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2793
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2376
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2123
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2009
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1515
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1440
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
929
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
667
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
554
Azərbaycan nefti ucuzlaşdı
500
Arda dubl etdi - VİDEO
488