RU

Kanada Ukraynaya 3 milyon ayırır

Kanada hakimiyyəti Ukrayna ərazisində PUA-ların istehsalı üçün Kiyevə 3 milyon Kanada dolları (2,1 milyon dollar) ayıracaq.

Axar.az xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Uilyam Bleyer deyib.

"Bu, Kanadanın Ukraynada PUA-ların istehsalına birbaşa töhfə verdiyi ilk hadisədir", - nazir deyib.

Bundan əlavə, Kanada Çexiyanın təşəbbüsü çərçivəsində Ukrayna silahlı qüvvələri üçün sursat almaq üçün 13 milyon dollar (9,5 milyon ABŞ dolları) ayıracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
5
Источники
Комментарий ()
Закрывать