RU

"Real Madrid"in müdafiəçisindən AÇIQLAMA: "Çempion ola bilərik" 

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

 

Sfera.az-ın xəbərinə görə, o, yaxşı nəticə əldə etmək istədiyini açıqlayıb:

 

“Komanda olaraq yaxşı çıxış etməyi və əla nəticə əldə etməyi gözləyirəm. Bunu etsək, o zaman azarkeşlər də bizi dəstəkləyəcək. Ən sonuncu beynəlxalq matçlara baxın. Hiss olunur ki, biz indi Avropa çempionu ola bilərik".

 

Xatırladaq ki, Avro-2024-ün oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

 

Qeyd edək ki, Avropa Çempionatının hazırkı qalibi İtaliya komandasıdır.

 

Fatimə Lətif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
Источники
Комментарий ()
Закрывать