RU

Ermənistan Azərbaycandan qaz alır? - “Niyə də olmasın...”

Ötən həftə prezident İlham Əliyev çıxışı zamanı sülh müqaviləsinin imzalanacağı təqdirdə, Ermənistanla enerji ixracı barədə əməkdaşlığın mümkün olacağını bildirdi. Bundan dərhal sonra Ermənistan parlamentinin spikeri Alen Simonyan isə rəsmi İrəvanın Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazır olduğunu dedi. Spiker belə bir razılığın Ermənistan üçün olduqca müsbət nəticələr verəcəyini diqqətə çatdırdı. 

Bəs görəsən yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlıq gözləniləndirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şəhçi Mətin Məmmədli bildirib ki, bunun üçün ilk növbədə sülh müqaviləsi imzalanmalıdır: 

“Təbii ki, sülh müqaviləsindən sonra bu istiqamətdə əməkdaşlıq mümkündür. Bu barədə ölkə başçısı İlham Əliyev özü də münasibət bildirmişdi. Daha sonra Ermənistanın parlament sədri Alen Simonyan da ölkəsinin Azərbaycandan qaz ala biləcəyini açıqladı. İlk növbədə davamlı sülh əldə olunmalı və sülh müqaviləsi imzalanmalıdır. Bunlar edildikdən sonra belə bir əməkdaşlıq niyə də olmasın? Məlumdur ki, Ermənistanın enerji məsələsində ciddi asılılığı var. Ermənistan ciddi enerji resursları olmayan ölkələrdəndir. Enerji asılılığını azaltmaq baxımından ermənilər üçün uyğun mənbələrdən biri də Azərbaycandır. Bu gələcəyin işidir. Azərbaycan və Ermənistan arasında siyasi müstəvidə münasibətlər normallaşarsa, bu tam mümkündür. Bu kimi məsələləri həll etmək və enerji sektorunu inkişaf etdirmək daha asandır”. 

Mətin Məmmədli Ermənistanın Azərbaycan üçün “tranzit ölkə” funksiyasını yerinə yetirməsi məsələsinə münasibət bildirib: 

“Azərbaycan Avropaya və dünya bazarına çıxardığı enerji məhusllarını artıq konkret marşurtlar üzrə ixrac edir. Bu marşurtlar başlıca olaraq Gürcüstan üzərindəndir. Əlbəttə, yaxın gələcəkdə Ermənistanla münasibətlər normallaşarsa, belə bir layihə də baş tuta bilər. Ermənistan 30 il ərazində regionda bütün önəmli enerji və ticarət layihələrindən kənarda qaldı. Bu baxımdan Ermənistan öz gələcəyi üçün bu mövzularda ciddi düşünməlidir”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
yenisabah.az

1Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh