Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra alman səfir Çin Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Pekindəki səfiri Patrisiya Flor "X" hesabda açıqlama verib.
Dörd alman vətəndaşının Çinin adından casusluq ittihamı ilə saxlanılmasının ardından XİN-ə çağırıldığını təsdiqləyib. Flor bu vəziyyəti həmsöhbətlərinə ölkəsinin münasibətini çatdırmaq üçün yaxşı fürsət kimi şərh edib və hansı ölkədən olmasından asılı olmayaraq Almaniyada casusluq fəaliyyətinə dözmədiklərini vurğulayıb.
Zərifə Nağıyeva