Bakı. Trend:
Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda,yaxşı nəticələr əldə etməliyik.
Trend xəbər verir ki, bufikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək SəviyyəliSeqmentində çıxışında deyib.
“Hesab edirəm, Azərbaycanın beynəlxalq təmasları, əlaqələri,beynəlxalq təşkilatlardakı fəaliyyəti bizə imkan verəcək ki,körpüləri quraq, gücləndirək, müxtəlif qitələrdən olan ölkələrarasında həmrəyliyi də gücləndirək”, - deyə dövlətimizin başçısıbildirib.