“Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq”.
Aztibb.az xəbər verir ki, bu barədə “Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, elektronlaşma ilə tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq: “Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq”.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта