Bakı, 26 aprel, AZƏRTAC
Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddiaların sayı 3862 olub, o cümlədən ekspertizanın sürətli aparılması üçün 1474 vəsatət (2022-ci ildə 931) olub.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov aprelin 26-da keçirilən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masada söyləyib.