![Azərbaycanın](https://azertag.az/files/2024/1/1200x630/1714113301229040794_1200x630.jpg)
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycanın daha üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün tatamiyə çıxacaq.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqram çəkidə Hidayət Heydərov Kestutis Vitkaskas (Litva) / İndrit Kalhac (Albaniya) görüşünün qalibi, Rəşid Məmmədəliyev Darko Topaloviç (Bosniya və Herseqovina) / Coşua Qrin (İrlandiya) görüşünün güclüsü ilə qarşılaşacaq.
81 kiloqramda isə Zelim Tçkayev Nace Herkoviç (Sloveniya) / Maksim Triqub (İrlandiya) cütünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.