RU

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, o, yarışın dördüncü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə üçüncü çatıb.

Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş mükafata yiyələnib. Milli komandanın digər üzvü Vəli İsrafilov isə yarışın üçüncü günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
17
azertag.az

10Источники