RU

Korrupsiyada ittiham olunan ukraynalı nazir İSTEFA VERDİ

Ukraynanın aqrar siyasət naziri Nikolay Solski Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən korrupsiyada ittiham olunduqdan sonra istefa verib.   Manset.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. “Ukrayna Ali Radası Nikolay Solskidən Ukraynanın Aqrar Siyasət və Ərzaq Naziri vəzifəsindən istefa verməsi barədə bəyanat alıb”, - Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.

Onun sözlərinə görə, istefaya parlamentin növbəti iclaslarının birində baxılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
4
manset.az

7Источники