Kişi şahmatçılar arasında keçirilən ölkə çempionatına yekun vurulub. Futbolpress.az xəbər verir ki, həlledici qarşılaşmada Aydın Süleymanlı ilə Məhəmməd Muradlı qarşılaşıb. Oyun Aydının 1.5:0.5 hesablı qələbəsi ilə başa çatıb. Turnirin ümumi mükafat fondu 30 min manat idi. Süleymanlı 12 min manat qazanıb.