RU

Əliyar Ağayev Fatih Terimin komandasının oyununda

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununa təyinat alıb.

AZXEBER.COM xəbər verir ki, FIFA referisi çempionluq qrupunun \"Panatinaikos” – \"Aris” matçına təyinat alıb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

Qarşılaşma 28 aprel tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, \"Panatinaikos”un baş məşqçisi türkiyəli mütəxəssis Fatih Terimdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
11
azxeber.com

10Источники