Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.
Çempionluq iddiasından əl çəkməyən "Füzuli" Bakıda "Şəmkir"i qəbul edib.
Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun gedişində xeyli maraqlı hadisələr baş verib. ev sahiblərindən Elvin Nəsibov penalti epizodunu qaçırıb.
Qış fasiləsində “Cəbrayıl”dan gəlmiş hücumçunun zərbəsini qapıçı Novruz Rəhimov geri qaytarıb.
Hücumlarını davam etdirən “Füzuli”lər 21-ci dəqiqədə Haqverdi Həsənovla istəyinə çatıb. Daha sonra standart vəziyətdən vurulan zərbə qapı tirinə dəyib.
“Şəmkir” 41-ci dəqiqədə gözlənilmədən bərabərlik qolunu vurub. Müdafiəçinin arxa zonaya ötürdüyü topu ələ keçirən Asim Quliyev təxminən 30 metr məsafədən qapını nişan alıb.
Onun vuruşu zəif alınıb. Di gəl, yolüstü bir necəı dəfə aatlınaıb-düşən top qapı xətini keçib. Kamil Nəzərlinin reaksiyası gülməli alınıb - “yuvarlaq meşin” kiperin əllərinin üstünən tora daxil olub.
Kuryoz və gülməli qol buraxan “Füzuli” fasilədən 11 dəqiqə sonra ikinci dəfə fərqlənib. Elvin Nəsibov penaltinin heyfini çıxıbsa, Emin Quliyev 66-cı dəqiqədə fərqi artırıb.
Xallarını 49-a yüksəldən "Füzuli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə sonuncu yerdədir.
SPORTİNFO.AZ
“ASK Arena”. 70 tamaşaçı Baş hakim: Rəşad Əhmədov Baş hakiminköməkçiləri: Eyyub İbrahimov, Asiman Əzizli Dördüncü hakim: Əkbər Əhmədov Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Mahal Məmmədov Sarı vərəqələr: Əziz Hüseynov, 51 (qeyri-idman hərəkəti); Emin Quliyev, 70 (qeyri-idman hərəkəti) // Kamran Kərimov, 65 (qeyri-idman hərəkəti) Qollar: Haqverdi Həsənov, 21; Elvin Nəsibov, 56; Emin Quliyev, 66 // Asim Quliyev, 41 Qolla nəticələnməyən penalti: Elvin Nəsibov, 5 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq. | | |
“Füzuli” 1. Kamil Nəzərli 10. Vüsal Tahirov (7. Təmraz Əmircanov, 46) (88. Ramin Məhərrəmli, 72) 77. Əziz Hüseynov (k) 6. Ceyhun Cavadov 5. İlyas Səfərzadə 9. Elvin Nəsibov 91. Süleyman Piriyev 17. Elçin Rəhimli 20. Haqverdi Həsənov (71. Sergey Markelov, 79) 11. Emin Quliyev (25. Bəxtiyar Zülfüqarlı, 87) 3. Nurlan Məmmədov (18. Mehman Süleymanlı, 72) Ehtiyat oyunçular: 12. Əyyub Əliyev 95. Əli İbrahimov 21. Elvin Mirzəyev 44. Elmir Xəlilov 19. Cəsur Hüseynov 15. Nihad Ağayev Baş məşqçi: Nadir Əliyev | “Şəmkir” 12. Novruz Rəhimov (k) 19. Elxan Əzizov 14. Surac Şahbazov 3. Kamran Kərimov 8. Ülfan Hüseynov 5. Ayxan Məmmədli 30. Kərəm Əhmədli 77. Yusif Rufullazadə 17. Asim Quliyev (4. Kənan İbişov, 68) 15. Aydın İsxanzadə 20. Taleh Nəbiyev Ehtiyat oyunçular: 1. İsrail İsmayılov 57. Məzahir Əhmədov Baş məşqçi: Ceyhun Əhmədov | |
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.