RU

CASA Kulinariya Mərkəzində “CASA Culinary Cup 2024” təşkil olunub - FOTO

CASA Azərbaycanda və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində İngiltərə təşkilatı tərəfindən akkreditə olunmuş, kulinariya sahəsində beynəlxalq diplom verən ilk və yeganə kulinariya mərkəzidir. Mərkəzdə xarici ölkələrin məşhur kulinariya institutlarında təcrübəsi olan peşəkar aşpaz müəllimlər tədris edir.

Aprel ayının 18-19-20 tarixlərində CASA Kulinariya Mərkəzində ikinci dəfə kulinariya üzrə çempionat təşkil olundu. Münsiflərimiz arasında Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (WACS) Kulinariya Müsabiqə Komitəsinin şirniyyat üzrə məsləhətçisi Şef Gilles Renusson, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Ceyran Əsgərova, Türkiyə Aşpazlar və Aşpazlar Federasiyasının prezidenti şef Bayram Özrek və digər yerli və xarici şeflər iştirak ediblər.

Çempionat 3 gün ərzində davam etdi və iştirakçılar “Ən yaxşı Aşpaz”, “Ən Yaxşı Şirniyyatçı”, “Ən Yaxşı Milli Mətbəx üzrə Aşpaz” və “Ən Yaxşı Komanda” nominasiyaları üzrə yarışıblar. Çempionatın sonunda 12 nəfər qalib seçilib və müvafiq olaraq kubok və medallar qazanıb sertifikatla təltif olunublar. Bununla yanaşı qaliblər mərkəzdə “City&Guilds” London İnstitutu tərəfindən diplom proqramı üzrə ödənişsiz təhsil qazanıblar. Medal kateqoriyasında yarışan iştirakçılar CASA Kulinariya mərkəzinin tərəfdaşları olan “Kenwood”, “BALLİ BİSİ” və “Istanbul Nişantaşı University Acun Media Academy”dən qiymətli hədiyyələr qazanıblar. Çempionatın qiymətləndirilməsi “WorldChefs” standartları əsasında həyata keçirilib.

CASA Kulinariya Çempionatının nominasiyalar üzrə qaliblərini sizə təqdim edirik:

“Ən Yaxşı Aşpaz” - Səyyad Hüseynzadə “City&Guilds” London İnstitutu aşpazlıq üzrə diplom proqramını;

“Ən Yaxşı Şirniyyatçı” - Çinarə Həsənova “City&Guilds” London İnstitutu qənnadçılıq üzrə diplom proqramını;

 ”Ən Yaxşı Milli Mətbəx üzrə Aşpaz” - Betül Hüseynli Milli Mətbəx üzrə diplom proqramını;

“Ən yaxşı Komanda” üzrə 1-ci yer - “CASA Team” 3000 AZN pul mükafatını;

“Ən yaxşı Komanda” üzrə 2-ci yer - “HYATT Team” 2000 AZN pul mükafatını:

“Ən yaxşı Komanda” üzrə 3-cü yer - “RATATOUILLE Team” 1000 AZN pul mükafatını qazanıb.

Aşpazlıq kateqoriyası üzrə medal qazanan Zivər İbrahimova “Istanbul Nişantaşı University Acun Media Academy”dən “Pro Chef” proqramı üzrə ödənişsiz təhsil qazanıb.

Şirniyyatçılıq kateqoriyası üzrə Medal qazanan Həsən Abbasov “BALLİ BİSSİ”dən 1000 AZN dəyərində yerli texnika mağazalarının birindən HƏDİYYƏ KUPONU qazanıb.

Əlavə olaraq qeyd etmək istərdik ki, mərkəzdə keçirilən bu kimi tədbir və çempionatları hər kəs sərbəst şəkildə gəlib izləyə bilər. CASA Kulinariya çempionatlarında iştirak edib kulinariya sirlərini öyrənə və özünüzü bu sahədə inkişaf etdirə bilərsiniz.

Onu da qeyd edək ki, CASA Kulinariya Mərkəzi 3 ildir ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində mərkəzin tələbələri beynəlxalq yarışlarda böyük nəticələr əldə ediblər:

- Tələbələrdən biri olan Leyla Vəliyeva 10-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil edib, Qızıl Triumf və Qızıl Medal qazanıb;

- “WorldSkills Müsabiqəsi 2022” iştirakçısı və CASA-nın tələbəsi Emil Zeynalzadə 9-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil edib, Qızıl Triumf və Qızıl Medal qazanıb;

- “WorldSkills Müsabiqəsi 2023-cü il Xüsusi Buraxılışında” isə digər tələbə Kamal Ağayev ölkəni Fransada təmsil etmək hüququ qazanıb.

Başda çempionatın qalibləri olmaqla bütün iştirakçıları təbrik edir, gələcək karyeralarında müvəffəqiyyətlər arzu edirik!

Qeyd etmək istəyirik ki, növbəti CASA Kulinariya Çempionatı 2025-ci ildə təşkil olunacaq.

Ətraflı məlumat əldə etmək istəyirsinizsə 0502507632 ilə əlaqə saxlamağınız yetərlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17712
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14495
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9114
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8165
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7207
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6971
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6910
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6871
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6628
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5480
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5267
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4786
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4162
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3320
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3226