RU

Bakı-İrəvan danışıqları bu ölkədə keçiriləcək -

"İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumunda çıxışı zamanı Qazaxıstanın Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməklə bağlı təklifini qəbul etdiklərini bildirdi. Ermənistan da təklifi qəbul edərsə, Bakı və İrəvan Astanadan danışıqlar platforması kimi istifadə edəcək, lakin yalnız platforma kimi. Əliyev də bildirir ki, söhbət hansısa vasitəçilikdən getmir".Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Asif Nərimanlı deyib. O bildirib ki, Astananın vasitəçi kimi yox, platforma-məkan kimi istifadə edilməsi iki səbəbdən qaynaqlanır:"Birincisi, Qazaxıstan vasitəçi kimi iştirak edərsə, bu, digər oyunçuların – Rusiya və Qərb ölkələrinin də “vasitəçilik” istəklərinin yenidən aktuallaşması ilə nəticələnə bilər. İkincisi, Bakı İrəvanla üçünücü tərəflərin iştirak etmədiyi ikitərəfi formatda danışıqlar aparmaqdan yanadır. Hazırda bu format üzrə inkişaf var, xüsusilə 4 kəndin qaytarılması prosesin birbaşa təmas çərçivəsində aparılmasının daha effektiv olduğunu göstərdi.Prosesdə “vasitəçi” kimi iştirak edənlər öz maraqlarını təmin etməyə çalışdığı üçün üçtərəfli formatda nəticə əldə etmək mümkün olmur. Qərb və Rusiyanın vasitəçiliyində bu təcrübə var. Bu baxımdan, ikitərəfli formatın əhəmiyyəti daha çoxdur, lakin tərəflərin məkan olaraq üçüncü ölkədən istifadə etməsi zərurəti də yarana bilər. Bu halda seçiləcək məkan-platforma bir neçə aspektdə qiymətləndirilməlidir".Politoloq qeyd edib ki, məkan olaraq istifadə edilən ölkənin Bakı-İrəvan danışıqlarında öz maraqları olmamalıdır:"Qərb və Rusiya həmin məkanla bağlı uzlaşmalıdır, əks təqdirdə, prosesə bu və ya digər formada müdaxilə cəhdləri ola bilər. Qazaxıstan bu baxımdan unikal məkan hesab oluna bilər: Astana Bakı və İrəvan danışıqlarında Qərbə və Rusiya kimi şəxsi maraqlarını güdməyəcək. Qazaxıstanın həm Qərblə münasibətləri normaldır, həm də Rusiya ilə eyni ittifaqlarda yer alır, hər iki tərəf danışıqların məkanı kimi Astananın seçilməsini alqışlaya bilər. Bu ölkə sülh danışıqları üzrə “Astana formatı” təcrübəsinə də malikdir".

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
4
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17693
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14481
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9049
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7183
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6967
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6881
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6868
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5470
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5255
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5147
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4760
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4653
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4154
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3959
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3317
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225