RU

İşğaldan azad olunan rayonlarda yerləşən məktəblərə DİM-in müxtəlif nəşrləri hədiyyə verilib

Dövlət İmtahan Mərkəzi tərəfindən işğaldan azad olunmuş Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına “Abituriyent “ jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, eləcə də “Abituriyent” jurnalının 1-ci və 2-ci nömrələri hədiyyə edilib.

 

AzEdu.az xəbər verir ki, qeyd olunan şəhər və rayonlarında yerləşən ümumtəhsil müəssisəsələrinin kitabxanalarına 79 adda 400-dən çox kitab təqdim olunub.

 

Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
1
Источники
Комментарий ()
Закрывать