- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Rusiya tərəfi Azərbaycanın Qarabağ bölgəsində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Mədəni abidələrin, tarixi abidələrin və dini obyektlərin dağıdılması ilə bağlı Ermənistan və Azərbaycanın mütəmadi olaraq qarşılıqlı ittihamlarını nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqların mövzusuna çevirməyə çağırırıq. Rusiya bu mövzuda lazımi yardımı göstərməyə hazırdır”, - diplomat bildirib.
T.İSMAYIL
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.