RU

Gürcüstan səhiyyəsi Asiya İnkişaf Bankından 46,3 milyon avro alacaq

Gürcüstan səhiyyə sektorunun gücləndirilməsi üçün Asiya İnkişaf Bankından təxminən 46,3 milyon avro alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Kredit müqaviləsinə əsasən, ölkə 23,1 milyon avro məbləğində birinci tranşı 2024-cü ildə, ikinci tranşı isə 2025-ci ildə alacaq.

 

Proqram əhaliyə ilkin tibbi yardım, ixtisaslaşmış ambulator və diaqnostik yardım üçün müavinətlərin artırılmasını, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onların dəyərinin aşağı salınmasını, rəqəmsal informasiya sistemlərinin təkmilləşdirilməsini və s. əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
180
18
Источники
Комментарий ()
Закрывать