- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.
Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvəllər polis nəfəri kimi Lənkəran RŞPŞ-də xidmət edib.
O, intizamlı əməkdaş kimi xarakterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.
Araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.