RU

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib.

"Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafiə etməyə davam edir",- deyə o bildirib.

Smit qeyd edib ki, dünən keçirilən Nazirlər Şurasının iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarına gəliblər.

Gərginliyin azaldılması və bölgədə daimi sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləməyə davam etdiklərini bildirən Smit tərəfləri problemi diplomatik yollarla həll etməyə çağırıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
1
Источники
Комментарий ()
Закрывать