RU

Sabiq baş pediatr niyə intihar edib? - AÇIQLAMA

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib. Onun 73 yaşı vardı. Professor Nəsib Quliyev Azərbaycan Tibb Universitetinin Uşaq Xəstəlikləri kafedrasında çalışıb.

 

Mətbuatda yayılan iddialara görə, professorun intihar etməsinə səbəb onun ailədaxili problemləri olub. Belə ki, Nəsib Quliyevin bəzi ailə üzvlərini onu tərk edərək Ukraynaya köçüb və bu səbəbdən psixoloji sarsıntı keçirib.

 

Modern.az həkimin çalışdığı kafedranın müdiri Rauf Bəylərovla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında kafedra müdiri şokda olduğunu bildirib və Nəsib Quliyevin niyə intihar etdiyi barədə məlumatının olmadığını deyib.

 

"Çox yaxşı adam və alim idi. İşdə də heç bir problemi yox idi. Heç vaxt şikayətini eşitməmişik. 2-3 gün qabaq bir yerdə oturmuşduq. Ağsaqqal, professor kimi ona şəraitin yaradılmasına və etimad göstərilib elmi seminarın sədri qoyulmasına görə minnətdarlıq bildirdi. Hər cəhətdən ona müsbət şərait yaradılmışdı. Çox sakit, mülaiym adam idi. Mən özüm şokdayam. Necə oldu, nə onu bu dərəcəyə çatdırdı bilmirəm. Bu necə ola bilər?"

 

Məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.

 

Qeyd edək ki, Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. O, 1994-cü ildən 2021-ci ilə qədər ölkənin baş pediatrı vəzifəsində çalışıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
231
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
4751
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
4596
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
839
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
795
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
766
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
750
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
413
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
387
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
281
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
273
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
238
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
189
Arda Gülər dayanmır, yenə fərqləndi -
139
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
125
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
120
Arda dubl etdi - VİDEO
115
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
115
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
103
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
95
“Mançester Siti” İngiltərə çempionu olub
90