RU

Vüqar Əlimirzəyev: “Pomidor ixracı üçün yeni bazarlar axtarılır”

Azərbaycan pomidor ixracı üzrə ənənəvi bazarla yanaşı, yeni bazarlar da axtarır.

FED.az xəbər verir ki, bunu  Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Vüqar Əlimirzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın pomidor ixracı üçün ənənəvi bazarı Rusiyadır. Yerli pomidorlar Rusiyadan başqa, müəyyən miqdarda Belarus və Polşaya ixrac edilir. Azərbaycan istehsalçıları və ixracatçıları bu məhsulun Körfəz ölkələrinin, xüsusilə Qətərin bazarına çıxarılması üçün səylər göstərsə də, yolun uzaqlığı problem yaradır: "Pomidorun İrandan keçməklə quru yolla həmin ölkələrə daşınması üçün təxminən 20 gün lazımdır. Ancaq pomidor tez xarab ola bilən yaş məhsul olduğundan onun uzaq məsafələrə daşınması çətinliklər yaradır, məhsulun keyfiyyəti və dəyərinin itməsinə gətirib çıxarır. Bundan başqa, Körfəz ölkələri isti bölgələrdir, orada pomidorun saxlanılması üçün münasib şərait yoxdur. Hava nəqliyyatı ilə daşınma isə maya dəyərinin yüksəlməsinə və nəticədə rəqabət qabiliyyətinə təsir göstərir. Belə olan halda, məhsulumuz qarşı tərəf üçün maraq kəsb etmir".

Assosiasiya rəsmisi bildirib ki, əsas məqsədlərdən biri "Made in Azerbaijan" brendi altında təqdim olunan yerli pomidorların Rusiya bazarında mövqeyini qoruyub saxlamaqdır: “Bu ölkəyə istixanalarda yetişdirilən məhsullar ixrac edilir. Açıq sahədə yetişdirilən pomidorlar isə ixracyönümlü olmadığından daxili bazarlarda satılır”.

Qeyd edək ki, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür. Bu ilin yanvar-mart ayları ərzində 45 milyon ABŞ dolları dəyərində 32,1 min tondan çox pomidor ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 44,5 faiz və ya 13,8 milyon dollar, həcmi isə 31,2 faiz və ya 7,6 min ton artıb. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
1
fed.az

2Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh