RU

Baliyə istirahətə gedən tanışının maşınını lombarda girov qoyub pul götürdü - CƏZA

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən F.Hüşənovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək 6 il 11 ay 29 gün azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə aşağı instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilib. Məhkumun ittiham olunduğu əməli CM-in 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə tövsif olunub və F.Hüşənova həmin maddə ilə 3 il həbs cəzası verilib. 

 

İttihama görə, F.Hüşənov özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı, zərərçəkmiş S.Orucovun İndoneziyanın Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün ona məxsus “Chevrolet Camaro” markalı avtomobilini müvəqqəti idarə etmək üçün etibarnamə istəyib. Zərərçəkmiş də onun adına mülki etibarnamə verib. F.Hüşənov 26 iyul 2019-cu il tarixdə S.Orucovla Bakı şəhəri ərazisində görüşüb, onun idarə etdiyi “Chevrolet Camaro” markalı maşını ailəsini aparmaq adı ilə götürüb. Sonra təqsirləndirilən şəxs Baş Dövlət Yol Polis İdarəsində 55000 manat dəyərində olan həmin avtomobili M.M.-nin (şərti) adına rəsmiləşdirərək onun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürüb.

 

Kamal Məmmədov

 

Tarix: 24 Aprel 2024, 09:18   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
pravda.az

1Источники

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh