RU

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.


Qurumun rəhbəri aprelin 23-də Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə mətbuat konfransı keçirib. Jurnalistlərlə görüş Varşavada baş tutub.


"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya hər hansı bir NATO ölkəsində hər hansı bir qüvvə yerləşdirmək planları yoxdur",- deyə Stoltenberq Amerikanın Polşada nüvə silahının olması ehtimalı ilə bağlı suala cavab verib.


Aprelin 22-də Polşa prezidenti Anjey Duda respublikanın öz ərazisində ABŞ nüvə silahlarını yerləşdirməyə hazır olduğunu bəyan edib. Onun dediyi kimi, bu məsələ Vaşinqtonla Varşava arasında danışıqların mövzularından biridir.


Daha sonra Polşadan olan bir sıra deputatlar bu sözlərə görə dövlət başçısını tənqid ediblər.



İnci
Sfera.az

 

Избранный
64
Источники
Комментарий ()
Закрывать