RU

"Liverpul"da ciddi itki

"Liverpul"un futbolçusu Dioqo Jota zədələnib.

Redaktor.az xəbər verir ki, 27 yaşlı hücumçu İngiltərə Premyer Liqanın 34-cü turunun "Fulhem"lə oyununda (3:1) sıradan çıxıb. Portuqaliyalı futbolçu zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O deyib: 

"Dioqo qol narahatlıq hiss etdi. Biz bilirik ki, bu, narahatlıqdan daha ciddi bir şeydir. O, ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, bu mövsüm Jota "Liverpul"un heyətində 32 oyun keçirib, 15 qol vurub və 4 qolun ötürməsini verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
4
redaktor.az

5Источники