RU

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb - FOTOLAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı Mühəndislik Universiteti (BMU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  “Universitetin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb. 

"Unikal" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanan sənəd ali təhsil müəssisəsinin cari il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş insan kapitalının formalaşdırılmasının gücləndirilməsi məqsədi daşıyır. 

Müqavilə elmi-pedaqoji heyət və tələbələrin ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsi çərçivəsində üçtərəfli əməkdaşlığı ehtiva edir. 

Sənədə əsasən, ali təhsil müəssisəsində sözügedən istiqamət üzrə bacarıqların artırılması məqsədilə həyata keçiriləcək təşviqat işləri çərçivəsində imtahan iştirakçılarının sayı müəyyənləşdiriləcək və hər iştirakçıya yalnız bir dəfə müraciət etmək şansı veriləcək. IELTS imtahanında yüksək bal toplayan, uğurlu nəticə əldə edən akademik heyət üzvü və tələbələrin imtahan üzrə ödənişləri TİF tərəfindən qarşılanacaq. 

Müqavilənin qarşılıqlı faydaları, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsinə verəcəyi töhfələr baxımından yüksək dəyərləndirən rektor Yaqub Piriyev bu istiqamətdə tədbirlərin universitetin hazırlanmaqda olan Strateji İnkişaf Proqramında (SİP) da yer aldığını deyib. Rektor SİP-də ali təhsil müəssisəsinin missiya və gələcəyə baxışı, inkişaf məqsədləri, orada qoyulan hədəflərin təmin olunması ilə bağlı qonaqları ətraflı məlumatlandırıb. 

Müqavilənin “IELTS imtahanına təşviq” layihəsinin tərkib hissəsi olduğunu deyən TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov BMU-nun ali təhsil müəssisələri arasında bu layihəyə qoşulan sayca 8-ci universitet olması münasibətilə təbrik edib. Layihənin üstünlükləri, gözlənilən müsbət nəticələrdən söz açan sədr fondun ümumi fəaliyyəti, strateji hədəfləri, plan və məqsədləri, növbəti layihə və təşəbbüsləri haqda da danışıb, həmçinin BMU-nun bu prosesin yaxın iştirakçısı olacağına inandığını bildirib. 

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov da qloballaşan təhsil mühitində, eləcə də akademik müstəvidə IELTS-in vacibliyinə diqqət çəkərək, bu addımın tələbə və müəllimlərin gələcək fəaliyyətində yeni istiqamətlərə yol aça biləcəyini vurğulayıb. 

Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə akademik heyət və təhsilalanların dil biliklərinin gücləndirilməsi, xüsusən ingilis dilinin təkmilləşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib, həmçinin beynəlxalq dil sertifikatını yüksək nəticə ilə almağın üstünlüklərdən, verdiyi geniş imkanlardan danışılıb. Bu səriştə və bacarıqların elmi-tədqiqat fəaliyyətinə müsbət təsiri, elmi məqalələrin yazılması, tələbə və müəllimlərin beynəlxalq səviyyəli platformlarda, akademik layihələr üzrə təcrübə mübadiləsində fəal iştirakına yol açması, nəticə etibarilə ali təhsil müəssisəsinin reytinqlərdə nüfuzunun müəyyənləşməsindəki rolu qeyd olunub.

Избранный
71
50
Источники
Комментарий ()
Закрывать

Рейтинг

7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
88
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
87
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
82
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
73
Azərbaycanda bu məhsul bahalaşdı
67
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
65
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
60
Həlak olan şəxslər sabah dəfn olunacaq
58
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
56
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
52
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
52
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
51
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
48
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
46
Helikopter qəzası ilə bağlı yeni xəbər
46
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
43
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
39
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
38
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
36
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
34