- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Türkiyə höküməti yayda ölkədə inflyasiyanın sürətlə aşağı düşəcəyini gözləyir.
“APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.
O qeyd edib ki, iyun ayından başlayaraq inflyasiyanın sürətli enişi müşahidə ediləcək.
“İqtisadi stabilləşdirmə proqramı çərçivəsində Türkiyə höküməti maliyyə intizamını sərtləşdirməyi planlaşdırır”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, mart ayının sonunda Türkiyədə illik inflyasiya rəsmi məlumatlara görə 68,5% təşkil edib. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı onun 36%-ə qədər azalacağını proqnozlaşdırır. Eyni zamanda, tənzimləyicinin aprel sorğusunun iştirakçıları ilin sonuna qədər inflyasiyanın 44,1%-ə çatacağını gözlədiklərini bildiriblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.