RU

Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət edib

Son 10 il ərzində Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət göstərib.

"İki sahil” bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, Bakı aeroportunun ümumi sərnişin ötürmə qabiliyyəti ildə 9 milyon nəfərdir; buradan gündə 15 mindən çox sərnişin keçir və 130-dan artıq reys yerinə yetirilir. Təkcə ötən il hava limanı 5,8 milyon sərnişinə xidmət göstərib ki, bu da qlobal aviasiya üçün rekord il hesab edilən 2019-cu ilin nəticələrini 23,5% ötüb. İldən-ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit qovşağı kimi rolu da artmaqdadır. 2023-cü ildə tranzit sərnişinlərin sayı 142% artaraq 162 min nəfərə çatıb.

Son illər müşahidə olunan sərnişin axınındakı artımı qarşılamaq və səyahət təcrübəsini yaxşılaşdırmaq məqsədilə bir sıra infrastruktur layihələri həyata keçirilib və innovativ həllər uğurla tətbiq edilib. Bununla yanaşı, Bakı hava limanının tarixində hər il onun regionda aparıcı hava qovşağı statusunu təsdiqləyən nailiyyətləri ilə yadda qalıb. 2024-cü il də istisna olmadı, bu il Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" mükafatına görə 7-ci dəfə “Mərkəzi Asiyanın / MDB-nin ən yaxşı hava limanı” və üçüncü dəfə “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava limanı işçisi” nominasiyalarının qalibi olub.

23 aprel 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilk qonaqlarını qəbul edib. Bu, ölkənin mülki aviasiyasının inkişafında, yeni imkanların açılmasında, sərnişinlər üçün daha rahat şəraitin yaradılmasında mühüm addım idi. İki uçuş-enmə zolağı, 89 təyyarə dayanacağı və saatda 20-dən çox reysə xidmət göstərmək imkanı olan Bakı aeroportu dünyanın ən böyük təyyarələrini qəbul edə bilən azsaylı hava limanlarından biridir.

Beləliklə, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu inamla inkişaf edir və bütün sərnişinlərinin ehtiyac və gözləntilərini ödəməyə, onların səyahətlərini rahat və təhlükəsiz etməyə çalışır. Paytaxt hava limanı aviasiya sənayesinin əsas oyunçularından biri rolunda çıxış edərək təkcə regionda deyil, həm də dünyada ən müasir hava limanlarından biri olmağı qarşına məqsəd qoyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
9
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7563
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5145
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4853
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4658
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4425
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2946
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2686
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2663
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2590
Sabah 20 dərəcə isti olacaq
2576
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2256
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2169
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1638
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1580
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579