RU

Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram

Azərbaycan

Bakı, 23 aprel, AZƏRTAC

"Batut ölkəmizdə çox da populyar olmayan gimnastika növüdür. Hələ inkişaf yolundadır. Amma mən bu növ üzrə lisenziya qazanmağı bacardım. Uğuruma görə Azərbaycan Gimnastika Federasiyası, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova deyib.

O bildirib ki, uzun zamandır bu hədəfə çatmaq üçün çalışırdı: "Axır ki, uşaqlıq arzuma nail oldum. Karyeram ərzində məşqçilərim məni Olimpiya Oyunlarına psixoloji olaraq hazırlayırdı. Lisenziya qazandığım gün məni ilk olaraq məşqçim təbrik etdi. Həmin an telefonuma çoxlu zənglər, mesajlar gəlirdi. Ailə üzvlərim, dostlarım, həmkarlarım zəng edib məni təbrik edirdilər. Ölkəmi layiqincə təmsil edəcəyimə inanıram. Azərbaycanın batut tarixində ilk lisenziyanı əldə etməyim də məni xüsusilə motivasiya edir".

İdmançının sözlərinə görə, qrup hərəkətləri üzrə Azərbaycan komandası da “Paris-2024”ə lisenziyanı təmin edə bilər: "Hazırda qrup hərəkətləri komandamızın da lisenziya qazanmaq şansı var. Qarşıda onları müxtəlif beynəlxalq turnirlər gözləyir. Həmin yarışlarda qüvvələrini sınayaraq reytinq xallarını artıra bilərlər. Ümid edirəm ki, bunu bacaracaqlar".

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7608
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4878
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4664
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4428
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2950
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2703
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2672
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2598
Sabah 20 dərəcə isti olacaq
2585
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2174
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2011
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1670
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579