- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqını İsrailə sanksiyalar tətbiq etməyə çağırıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
İranlı nazir bildirib ki, sırf özünümüdafiə hüququndan istifadə etdiyi üçün Avropa İttifaqının İrana tətbiq etdiyi məhdudiyyətlər təəssüf doğurur.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Lüksemburqdakı toplantısından sonra qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell quruma üzv dövlətlərin İranın raket və pilotsuz uçuş aparatları istehsalçılarına qarşı yeni sanksiyaları razılaşdırdığını açıqlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.