RU

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub.

BiG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb.

Hücumun fermerlərə qarşı olduğu bildirilib.

Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb.

Hücumlarda bir çox evlərin yandırıldığını bildirən Dankaka, onlarla insanın evlərini tərk etməli olduğunu deyib.

Qeyd edək ki, Plateau əyalətinin Manqu rayonunda tez-tez çobanlarla əkinçilər arasında toqquşmalar baş verir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
26
big.az

10Источники