RU

Yüksək vəzifəyə təyin olunan Orucova kimdir? - ÖZƏL

Xəbər verdiyimiz kimi, Gülxanım Orucova Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, o, 2021-ci ilin oktyabrında təsis olunan “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədridir.

Orucova həmin dövrdə paralel olaraq Naxçıvan Şəhər Təhsil şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

O həmçinin “Sabahın tədqiqatçıları” layihəsinin icraçı rəhbəridir.

Gülxanım Orucova sonradan Təhsil Nazirliyinin sektor müdiri postunu tutub.

O, 2023-cü ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmrinə əsasən, müvəqqəti olaraq Təhsil Şöbəsinin müdiri təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
160
27
olke.az

10Источники