RU

Erməni revanşistlər Təhlükəsizlik Xidməti ilə üz-üzə - VİDEO

Azərbaycanın işğalda olan kəndlərinin azad olunması barədə razılaşmaya qarşı çıxan revanşistlər bu gün də aksiya keçirib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Kirants kəndinin sakinləri Milli Təhlükəsizlik Xidmətinin qoşunlarının çıxarılması üçün ərazilərin minalardan təmizlənməsinə mane olurlar. Mövcud vəziyyəti əks etdirən videogörüntülər kənd sakinləri tərəfindən yayımlanıb.

Bu gün də onlar yolu bağlayıb, Azərbaycanla demarkasiya və delimitasiya ilə bağlı əldə olunan razılaşmanın ləğvini tələb edirlər.

Son məlumata görə, sakinlər yenidən Kirants-Voskepar yolunu bağlayıblar.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
129
24
musavat.com

10Источники