RU

DÜNYA IB Məktəbinin şagirdləri 5 qızıl və 1 gümüş medal qazanıblar!

19 Aprel 2024-cü il tarixində “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçirilib. “Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-də keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər. Bu müsabiqıdə şagirdlər 8 kateqoriya üzrə müsabiqədə iştirak edə bilirlər:- Riyaziyyat;- fizika, astronomiya;- kimya;- biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya);- tibb və sağlamlıq;- ekologiya, ətraf mühitin idarə olunması;- mühəndislik;- kompüter elmləri.DÜNYA  IB Məktəbinin şagirdləri ənənəvi olaraq hər il olduğu kimi bu il də müsabiqədə iştirak edərək mövcud 8 istiqamətdən üçündə birinci yer və birində ikinci yeri tutublar.1. Əli Musayev. Elçin Həsənov. Fizika-Astronomiya. I yer. Qızıl medal2. Səid Aslanov. İbrahim Allahverdiyev. Biologiya. I yer. Qızıl medal.3. Nicat Tağızadə. Komputer elmləri. I yer. Qızıl medal4. Əli Abdullayev. Mühəndislik. II yer. Gümüş medal.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
4
baki-xeber.com

5Источники