“Emirates Hava Yolları” Dubay Beynəlxalq Hava Limanında leysan yağışları səbəbindən pozulduqdan dörd gün sonra normal uçuş cədvəlinə qayıdıb.Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Tim Klark açıqlama yayıb.“Bu səhər, şənbə, aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib. Əvvəllər hava limanının tranzit zonasında qalmış sərnişinlər yenidən qeydiyyatdan keçib və təyinat yerlərinə göndərilir”, - Klark bildirib.Xatırladaq ki, güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. Hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта