Bu gün Əməkdar artist Cavanşir Məmmədov 70 yaşında vəfat edib.
Xezerxeber.az xəbər verir ki, sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub.
O, 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.