“Qəbələ” Feras Abu Akalla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən israilli legioner qırmızı-qara formada keçirdiyi 47 matçda 3 qol vurub.
Feras Abu Akal Premyer Liqada 37 (2 qol), Azərbaycan Kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.