RU

"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev

"Zelenskiyə qarşı həm yerli millətçilər, həm də Qərb ölkələri son dərəcə neqativ münasibət göstərir..."
 
"Mən Ukraynada Zalujnı və ona yaxın generalların rəhbərliyi altında hərbi çevriliş proqnozlaşdırıram..."
 
Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı Polşada sui-qəsdə hazırlıq görülməsi barədə məlumatlar Qərbin onu aradan götürmək qərarı ilə bağlı ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün "Teleqram-kanal"ında yazıb. Məlumatı "business-gazeta.ru" nəşri yayıb.
 
"Baş banderaçıya Polşada sui-qəsd edilib? Hə, bax, bu artıq ciddi məsələdir! Böyük ehtimalla, bu, Qərbin onu aradan götürməyə qərar verdiyinin ilk sübutu ola bilər. İndi get, təlxəyin birisi!" - o, yazıb.
 
Aprelin 18-də Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Polşada Zelenskiyə qarşı sui-qəsd törətməyi planlaşdıran vətəndaşın saxlanılması barədə məlumat verib. 
 
Məlumatda deyilib ki, cinayətkar UTX ilə Polşa hüquq-mühafizə orqanları ilə birgə tutulub.
 
İddia edlib ki, saxlanılan şəxs, guya, Rusiya ilə əlaqəli olub. İstintaqın versiyasına görə, o, Zelenskiyə hücum etmək üçün "Jeşuv-Yasenka" beynəlxalq hava limanının təhlükəsizliyi barədə məlumat toplamaq istəyib.
 
Kişi həbs edilib, ona qarşı Polşa CM-nin 130-cu maddəsinin 3-cü bəndi ilə (ötürülməsi respublikaya zərər vura biləcək məlumatların toplanması və saxlanılması) ittiham irəli sürülüb.
 
2024-cü ilin fevralında Medvedev bəyan edib ki, Zelenskinin aqibəti kədərlidir, çünki o, tarixdə  öz xalqına yaxşı heç nə gətirməyən "qanlı təlxək" kimi qalacaq.
 
2023-cü ilin mayında o, Kiyevin Kremlə hücum cəhdindən sonra Rusiyanın Ukrayna prezidentini "fiziki cəhətdən" aradan götürməkdən başqa variantları qalmadığını bəyan edib.
 
Qeyd edək ki, bu günlər hərbi ekspert, xüsusi təyinatlıların ehtiyatda olan polkovniki Anatoli Matviyçuk "Moskovski komsomolets" nəşrinə müsahibəsində bəyan edib ki, Zelenskinin sayılı günləri qalıb və onun aradan götürülməsi planlarının gerçəkləşə biləcəyi zamanı açıqlayıb.
 
Onun sözlərinə görə, Zelenski çoxdandır ki, Avropa dövlətlərinin demək olar ki, hamısı üçün zərərli olub.
 
 "Haraya gedirsə, əlini uzadıb bağırır: "Pul verin, silah verin". Bundan başqa, o, hamını Rusiya ilə qarşıdurmaya sövq edir. Xüsusilə bu, Şərqi Avropanın Macarıstan, Slovakiya, elə Bolqarısranın özünə də aiddir", - o, deyib.
 
Nə qədər ki, Qərb Rusiya ilə Ukrayna arasında münaqişənin hərbi həllinə stavka edir, Zelenski bu dövlətin yarımlegitim nümayəndəsi kimi mövcud ola bilər.
 
"Nədən yarımlegitim? Çünki o, ölkədə prezident seçkilərini ləğv edib. Mən həqiqətən güman edirəm ki, Zelenski bugünkü tələblərə cavab vermədiyinə görə Qərbin onu aradan götürmək planları var", - o, izah edib.
 
Korniyçuk deyib ki, Zelenskiyə qarşı təkcə yerli millətçilər deyil, Qərb ölkələri də son dərəcə neqativ münasibət göstərir.
 
"Düşünürəm ki, artıq yayda Ukraynanın siyasi sisteminin kökündən dağılmasının şahidləri olacağıq. Mən Zalujnı və ona yaxın generalların başçılığı ilə hərbi çevriliş proqnozlaşdırıram. Çünki bu adamlar, birincisi, Rusiyaya qarşı davakar ovqatdadır, ikincisi, bizimlə silahlı mübarizədə müəyyən təcrübələri var", - o, vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10356
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8074
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3592
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1725
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1595
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1592
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1534
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1080
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
749
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
646
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
573
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
390
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
348
Arda dubl etdi - VİDEO
300
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
292
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
256
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240