RU

Energetika naziri BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi”ndə “yaşıl enerji” təşəbbüslərindən danışıb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT BaşAssambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerjiəlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerjisistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib.

Trend Energetika Nazirliyinəistinadən xəbər verir ki, çıxışda Azərbaycanda keçiriləcək COP29-unədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalqəməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerjisəmərəliliyinin artırılmasını, xalis sıfır emisiyyalı enerjisistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühümplatforma olacağı vurğulanıb.

Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısıhesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidisürətləndirən təşəbbüslərə liderlik etdiyi, “Qlobal Metan Vədi”nəqoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlimdəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyi qeyd edilib. Enerjitəhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpaolunan enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindənmüəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmizətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsashərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyinimöhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. Bu sahədə qabaqcılölkə olmağı hədəfləyən ölkəmizin beynəlxalq enerji şirkətləri ilə28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırdaelektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını33%-ə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerjisisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib. “Buçərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-küləkstansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhədə 5QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qaradəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan vəÖzbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-MərkəziAsiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrəəhəmiyyətli addımlar atılır.”

Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpa olunanenerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030Gündəliyi” ilə yanaşı, post-münaqişə quruculuğu kontekstindəyanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larınınyaradılmasına da təkan verib. “Qarabağ və Şərqi Zəngəzurun,həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizixalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolunəhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrəfəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızımöhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisaditransformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsiniverəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,”deyə nazir əlavə edib.

Energetika
Energetika
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
21
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17148
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12388
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9921
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4042
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3617
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3137
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2954
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2552
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2177
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2088
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1518
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1079
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1002
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
977
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
962
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
941
Mayın ilk gününün havası açıqlanıb
863
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
768