RU

Argentina rəsmi olaraq NATO-ya “qlobal tərəfdaşlıq” üçün müraciət etdi

Argentina rəsmi olaraq qlobal tərəfdaş kimi NATO-ya üzv olmaq üçün müraciət edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bu təkliflə Argentinanın müdafiə naziri Luis Petri Brüsseldə NATO baş katibinin müavini Mirça Coana ilə regional təhlükəsizlik məsələlərini müzakirə edərkən çıxış edib. 

Coana, Argentinanın alyansa tərəfdaş olmaq istəyini müsbət qarşılayıb.

NATO qərargahında verdiyi açıqlamada, "Argentina Latın Amerikasında mühüm rol oynayır. Daha sıx siyasi və praktiki əməkdaşlıq hər ikimizə fayda verə bilər",- deyə o əlavə edib.

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
119
Источники
Комментарий ()
Закрывать