“Məclis.info” saytının rəhbəri İmran Əliyev həbs edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb. Bildirilir ki, Xətai Rayon Məhkəməsi onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçib. Qeyd edilir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.