RU

Zirə Sağlamlıq Mərkəzində yaradılmış vəziyyətlə tanışlıq olub

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və digər rəsmilər Xəzər rayonunda yerləşən Zirə Sağlamlıq Mərkəzində yaradılmış vəziyyətlə tanış olublar.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, tibb müəssisəsində həyata keçirilən yenidənqurma işləri ilə bağlı məlumat verən Zirə Sağlamlıq Mərkəzinin baş həkimi Sərdar Əliyev bildirib ki, müasir tələblərə cavab verən laboratoriya yaradılıb və diaqnostika üçün tələb olunan bütün növ laborator analizlər müəssisə daxilində aparılır. Bundan əlavə, mərkəzin istilik və su təminatı sistemi yenidən qurulub, bina optik internetlə təmin olunub və elektron qeydiyyat sistemi ilə bağlı bütün işlər yekunlaşıb.

 

S.Əliyev qeyd edib ki, son bir ildə müəssisə ən müasir tibb avadanlıqlarla - yeni USM, EKQ avadanlıqları, yeni sterilizasiya cihazı, avtoklav və distilyatorla da təmin olunub. Tibb müəssisəsində rentgen müayinələrinin həyata keçirilməsi üçün xüsusi icazə alınıb, yeni portativ rentgen cihazı verilib.

 

Baş həkim vurğulayıb ki, imtiyazlı xəstələrin dərman təminatı məqsədilə 2023-cü ilin oktyabrından Zirə Sağlamlıq Mərkəzində də yeni aptek fəaliyyətə başlayıb. O qeyd edib ki, indiyədək burada imtiyazlı aptek mövcud olmadığından qeydiyyatda olan imtiyazlı xəstələr dərman üçün Pirallahı Tibb Mərkəzinə getmək məcburiyyətində qalırdılar.

 

Qonaqlara bildirilib ki, bütün görülən işlər xidmətin keyfiyyətinə müsbət təsir göstərib. Belə ki, keçən illə müqayisədə pasiyentlərin müraciət sayı 2 dəfə, göstərilən tibbi xidmətlərin sayı isə 3 dəfə artıb.

 

TƏBİB-in İcraçı direktoru və millət vəkili tibbi personalın ehtiyacları ilə maraqlanıblar. Görüş zamanı, həmçinin bir neçə yerli sakinin qəbulu həyata keçirilib, vətəndaş müraciətləri dinlənilib.

 

V.Qurbanov bundan sonra da müəssisənin yeni tibbi avadanlıqlarla təmin olunması, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb. Mərkəzin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2008-ci ildə istifadəyə verildiyini xatırladan V.Qurbanov belə bir müasir tibb mərkəzinin olmasını ölkəmizdə səhiyyə sahəsinə və tibb işçilərinə göstərilən xüsusi diqqətin bariz nümunəsi olduğunu bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov isə bildirib ki, bu gün ölkəmizdə sosial sahədə uğurlu siyasət həyata keçirilir. Bu siyasət özünü səhiyyə sahəsində də büruzə verir. Məhz bu mərkəz də sözügedən istiqamətdə görülən işlərə bariz nümunədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13721
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11338
Helikopterin qalıqları tapılıb
8825
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7944
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6954
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6662
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5159
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4681
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4083
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3819
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3814
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Azərbaycan nefti ucuzlaşdı
1612
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1602
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1399
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351