- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта
Tbilisi, 19 aprel, AZƏRTAC
Aprelin 15 və 16-da Tbilisidə keçirilən etiraz aksiyaları zamanı etirazçılarla hüquq mühafizə orqanları əməkdaşları arasında yaranan qarşıdurmada beş polis əməkdaşı yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdəki çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, etirazçıların zorakı hərəkətləri nəticəsində 5 polis əməkdaşı xəsarət alıb, onlardan ikisi ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib.
Ümumilikdə i 40 nəfər aksiya iştirakçısı inzibati qaydada saxlanılıb. Onların böyük əksəriyyəti artıq sərbəst buraxılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.