İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr aprelin 19-da başa çatıb.
AZƏRTAC məhkəmənin saytına istinadla xəbər verir ki, aprelin 15-də başlayan dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğiş Kirakosyan rəhbərlik ediblər.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта