RU

Premyer Liqa: “Sumqayıt” Tovuzda darmadağına sevindi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Bu prinsipial qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edib.

Bu oyundan öncə “Sumqayıt” 44 xalla 4-cü, “Turan Tovuz” isə 42 xalla 6-cı pillədə qərarlaşmışdı. Tovuzlular doğma meydanda qalib gəlsəydilər, “Sumqayıt”ı qabaqlayıb 4-cü pilləyə yüksələcəkdilər. Sumqayıtlıların mümkün qələbəsi isə bu komandanı ikinci pilləyə daşıyacaqdı.

Son iki turda “Sumqayıt” ardıcıl iki heç-heçə (“Neftçi” və “Zirə” ilə) etmişdisə, “Turan Tovuz” “Sabah” və “Qəbələ” üzərində qələbələrə sevinmişdi.

“Turan Tovuz”la “Sumqayıt” daha öncə 7 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda tovuzlular 1, sumqayıtlılar 2 qələbə qazanmışdılarsa, 4 görüş heç-heçə yekunlaşmışdı. “Sumqayıt” son 5 oyunda bu rəqibinə uduzmamışdı. Son üç qarşılaşma heç-heçə başa çatmışdı.

Bu gün baş tutan oyunda isə “Sumqayıt” daha inamlı təsir bağışlayıb. Beş qolun qeydə alındığı oyunda Tovuz təmsilçisi darmadağına üzülüb. Nəticədə, “Sumqayıt” nəinki “Zirə”ni, hətta “Neftçi”ni də qabaqlayaraq 2-ci pilləyə çıxıb.

Premyer Liqa
31-ci tur
19 aprel

“Turan Tovuz” – “Sumqayıt” 1:4
Qollar: Otto Con, 52-pen – Şəhriyar Əliyev, 15-öz qapısına. Erik Sorqa, 22. Səbuhi Abdullazadə, 88. Cordan Rezabala, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Tovuz şəhər stadionu, 16:30.

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 14. Slavik Alxasov, 88. Faiq Hacıyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
1
arena.az

7Источники