RU

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazlarına dair ictimai dinləmələr başa çatdı

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məhkəmənin press-relizində məlumat verilib.

Bildirilib ki, aprelin 15-də başlamış ictimai dinləmələr zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın Beynəlxalq Hüquqi Məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan təmsil edib.

Qeyd edilib ki, məhkəmə indi öz müşavirəsinə başlayacaq. İlkin etirazlarla bağlı məhkəmənin qərarının tarixi daha sonra bəyan ediləcək açıq iclasda elan ediləcəyi qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
5
milli.az

8Источники