RU

Medalsız geri dönməyəcəm - Balabəy Ağayev

Bakı. Trend:

Avropa çempionatına tam şəkildə hazıram.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycan millisinin cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatına yüksəknəticə göstərəcəyinə inanır: “Medalsız Vətənə geri dönməyəcəm.Düşünürəm ki, bu dəfəki inancımda yanılmaram. Böyük ümidlərlə buyarışa yollanacam. Yaxşı nəticə əldə etmək üçün bütün gücümüsəfərbər edəcəm. Qızıl medal bu dəfə mənə də qismət olar. Hər biridmançının arzusu Olimpiya çempionu olmaqdır. Mənim də bu yarışdansonra istəyim Olimpiya Oyunlarıdır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanınpaytaxtı Zaqrebdə baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
1
az.trend.az

2Источники