RU

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndəheyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin57-ci iclasında çıxış edən Kamran Əliyev Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğunolaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilənislahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyitöhfə haqda məlumat verib.

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalqtədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-unölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfəAzərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizindünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisiolduğunu xüsusilə vurğulayıb.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbərvəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi,hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanınnövbəti illik iclas və konfranslarının keçirilməsi və digərməsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyevyekdilliklə Assosiasiyanın növbəti səlahiyyət müddətinəvitse-prezidenti seçilib.

İclasda həmçinin cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərindəölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və ÜmumiYığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının HonqKonq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya Qarşı MüstəqilKomissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Nümayəndə heyətini salamlayan Komissar Azərbaycanın hüquqmühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərəönəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsininperspektivlərindən danışıb, uzumüddətli institusional əməkdaşlığıntəsis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror Komissiyanın korrupsiya ilə mübarizədə uğurlufəaliyyətini yüksək qiymətləndirərək, təcrübə mübadiləsi üçünqarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədiləqurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Kamran Əliyev Komissiyanın nəzdində fəaliyyət göstərən Honq-KonqBeynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Baş prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəliəməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçünfaydalı olacağını bildirib.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin XalqRespublikasına işgüzar səfəri başa çatıb.

Kamran
Kamran
Kamran
Kamran
Kamran
Избранный
48
11
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Bakıda hoteldə yanğın başlayıb
202
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
144
Bu yol qovşağında təmir işləri aparılacaq
100
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
98
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
63
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
58
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
56
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
55
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
53
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
45
Çingiz Mustafayevin toyudur - FOTOLAR
42
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
42
Bakıda 9 otaqlı evdə yanğın baş verib
39
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
36
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
34
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
28
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
24
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
19
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
17
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
15